Tələbə Elmi Cəmiyyəti

UNEC-in Tələbə Elmi Cəmiyyəti tələbələrin elmi-tədqiqat və elmi-praktiki işinin təşkili və koordinasiyası üçün yaradılmış və öz fəaliyyətini alim və müəllimlərin iştirakı ilə həyata keçirən tələbə birliyidir.

TEC öz qarşısında kompleks vəzifələr qoyur:
Tədqiqat işinin əsasının formalaşması və tələbələrin elmi idrak metoduna yiyələnməsi;
Tələbələrin tədris materialını dərin və yaradıcı şəkildə mənimsəmələrinə yardım göstərilməsi;
Elmin və praktikanın vəhdəti prinsipinə uyğun olaraq tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, yeni biliklərin yaran­masının əsası kimi fundamental tədqiqatlara marağın inkişaf etdirilməsi; Tələbələrin elmi və praktik tədbirlərin keçirilməsi və onlarda iştirak etmək imkanı haqda məlumatlandırılması və s. 

TEC öz fəaliyyətini aşağıdakı formalarda həyata keçirir:
TEC-in iclası və qarşıdakı elmi tədbirlər haqqında xəbər verilməsi;
Dövlət, ictimai və beynəlxalq təşkilatlarla, elm nümayəndələri ilə əməkdaşlıq;
Fənn olimpiadaları; İqtisadiyyatın ayrı-ayrı bölmələri üzrə intellektual və işgüzar oyunlar;
Treninqlər və seminarlar; Elmi mövzular üzrə diskussiyalar və cəmiyyətin aktual inkişaf məsələlərinin müzakirəsi;
Elmi konfransların, simpoziumların, dəyirmi masaların, işgüzar oyunların keçirilməsi. 

Təşkilatın xəbərləri

23 六月 2025
UNEC校长:“组织在将大学改革传达给学生社区方面发挥着重要作用。”
30 五月 2025
UNEC-də V Science Slam beynəlxalq elm müsabiqəsi keçirilib
16 五月 2025
UNEC-də “XXI əsr mühəndisliyi: texnoloji yeniliklər və ağıllı həllər” mövzusunda tələbə elmi konfransı keçirilib
09 四月 2025
Elm festivalında UNEC-in elmi jurnallarının təqdimatı keçirilib

联系方式

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, (I Tədris binası )

电话

+(994) 12 497-58-71

Digər təşkilatlar